Accessibility links

Efiopiya təyyarəsi qəzaya uğrayıb



Livanın aviasiya rəsmilərinin bildirdiyinə görə, içərisində 90 sərnişin olan Efiopiya hava yollarına məxsus təyyarə Aralıq dənizi üzərində qəzaya uğramışdır. Qəzanın pis hava, güclü yağış və külək səbəbindən baş veridyi deyilir.

Bu gün Beyrutun Beynəlxalq Aeroportundan Efiopiyanın paytaxtı Əddis Əbəbəyə uçan Boeing - 737 təyyarəsində 83 sərnişinin və 7 heyətin olduğu bildirilir. Şahidlər havada yanan təyyarənin dənizə qərd olduğunu deyirlər.

Livan prezidenti Mişel Suleyman təyyarədə baş verən qəzanın terror hücumu olmadığını deyib. Livan rəsmiləri axtarışlar aparıldığını, 34 cəsədin aşkar edildiyini, lakin sağ qalanların tapılmadığını bildirmişlər. Sərnişinlərdən 54-nin livanlı, 22-nün isə efiopiyali olduğu deyilir.

XS
SM
MD
LG