Accessibility links

Dubay polisi Həmas komandirinin qətlinin arxasında Mossad təşkilatının dayandığını guman edir


Dubay polisi Həmas komandirinin qətlinin arxasında Mossad təşkilatının dayandığını guman edir

Dubay polisi Həmas komandirinin qətlinin arxasında Mossad təşkilatının dayandığını guman edir

<!-- IMAGE -->

Dubayın polis rəisi deyib ki, o, şəhər otelində yüksək rütbəli fələstinli militantın qətlə yetirilməsinin arxasında İsrailin Mossad agentliyinin dayandığını guman edir. Polis rəisi Dahi Xalfan ingilis dilli National qəzetinə bildirib ki, o, 99 faiz əmindir ki, Həmas komandiri Mahmud Əl-Məbhuhun öldürülməsində Mossadın əli olub. İsrailin xarici işlər naziri deyib ki, onun ölkəsini bu işdə günahlandırmaq üçün əsas yoxdur. Israil rəsmiləri məsələ ilə bağlı şərh verməkdən imtina edirlər.

Bu arada Britaniya və İrlandiya İsrail elçilərini qatillər tərəfindən istifadə olunmuş saxta Avropa pasportları ilə bağlı izahat verməyə çağırıblar. Yaxşı təşkil olunmuş əməliyyatda 11 adamın Britaniya, İrlandiya və Almaniya pasportlarından istifadə etdikləri deyilir.

XS
SM
MD
LG