Accessibility links

Rəcəp Tayyib Ərdoğan "erməni soyqırımı"na dair qətnaməni tənqid edib


Rəcəp Tayyib Ərdoğan "erməni soyqırımı"na dair qətnaməni tənqid edib

Rəcəp Tayyib Ərdoğan "erməni soyqırımı"na dair qətnaməni tənqid edib

<!-- IMAGE -->

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Nümayəndələr palatasında Birincü Dünya müharibəsi dövrü Osmanlı imperiyasında ermənilərin qətllərini soyqırım kimi tanıyan qətnamənin qəbul edilməsini tənqid edib.

Baş nazir Rəcəp Tayyib Ərdoğan bu gün Türkiyə iş adamları qarşısında çıxışı zamanı deyib ki, qətnamə iki ölkə arasında münasibətlərə olduqca böyük zərər vuracaq.

Türkiyə Nümayəndələr palatasında qətnamənin qəbulundan dərhal sonra öz səfirini ABŞ-dan geri çağırıb. Namik Tan Türkiyəyə bu gün yetişib və rəsmilər bildirirlər ki, onun ABŞ-a nə zaman qayıdacağı məlum deyil.

ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Obama administrasiyası qətnamənin Nümayəndələr Palatasanın tam iclasında səs qoyulmamasını təmin etmək üçün ciddi iş aparır.

Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu bildirib ki, Obama administrasiyası səsvermənin qarşısını almaq üçün kifayət qədər iş görməyib.

XS
SM
MD
LG