Accessibility links

ABŞ Müdafiə naziri Robert Geyts Səudiyyə Ərəbistanındadır


ABŞ Müdafiə naziri Robert Geyts Səudiyyə Ərəbistanındadır

ABŞ Müdafiə naziri Robert Geyts Səudiyyə Ərəbistanındadır

<!-- IMAGE -->

ABŞ-ın Müdafiə naziri Robert Geyts İranın nüvə proqramı ətrafında danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına səfər edib.

Bu gün Ər-Riyada yetişən Geytsin kral Abdulla ilə uranın zəngiləşdirilməsini dayandırmadığına görə İrana qarşı BMT-də yeni sanksiyaların qəbul edilməsi üçün ABŞ-ın başçılıq etdiyi səyləri müzakirə edəcəyi gözlənilir.

Birləşmiş Ştatlar Tehrana qarşı addımın atılması üçün beynəlxalq səviyyədə dəstək qazanmağa çalışır.

Geytsin habelə ABŞ-ın Səudiyyə Ərəbistanına hava və raketlərdən müdafiə proqramlarını gücləndirmək üçün göstərdiyi səyləri müzakirə edəcəyi gözlənilir.

XS
SM
MD
LG