Accessibility links

Vladimir Putin Hindistana gedib


Vladimir Putin Hindistana gedib
Vladimir Putin Hindistana gedib

<!-- IMAGE -->

Rusiya baş naziri Vladimir Putin bu gün Hindistana səfərə başlayır. Rəsmi Moskva səfər əsnasında Hindistan hökuməti ilə 19 milyard dollar həcmində hərbi və mülki texnologiya sahələrində kontraktlar imzalamağı nəzərdə tutur. Cənab Putinin cümə günü Hindistan liderləri ilə görüşləri gözlənilir. Hindistan mediasının bildirdiyinə görə Yeni Delhi rusların Hindistan donanması üçün hazırladıqları Sovet dönəmindən qalma təyyarə daşıyan gəmini baha qiymətə almağa razılıq verib. İlk öncə 2004-cü ildə Hindistan “Admiral Qorşkov” gəmisi üçün bir milyard dollar ödəməyə razılıq vermişdi, indi isə bunun üçün 2.3 milyard dollar ödəyəcək. Cənab Putinin nümayəndə heyəti 29 MİQ qırıcı təyyarələr satışı və Hindistana atom elektrik stansiyalarının inşasında yardım barədə də müqavilə imzalayacaq.


XS
SM
MD
LG