Accessibility links

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böyük sülh sazişinə keçid ola bilər


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böyük sülh sazişinə keçid ola bilər
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böyük sülh sazişinə keçid ola bilər
<!-- IMAGE -->

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanın münaqişənin nizamlanması üzrə yenilənmiş Madrid sənədini qəbul etməsi ilə bağlı xəbəri müsbət qarşılayıb. Cənab Məmmədyarov hesab edir ki, Ermənistanın yenilənmiş Madrid sənədini qəbul etməsi, böyük saziş üzərində işə başlamağa daha böyük imkanlar yaradır.
O münaqişənin nizamlanmasının ilk mərhələsində 5+ formatına da aydınlıq gətirib. Burada ilk öncə Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarından və Laçın rayonunun cənub istiqamətindəki 13 kəndindən işğaldan azad edilməsindən söhbət gedir.
Nazir sülh sazişi imzalanması ilə bütün kommunikasiyaların açılmasını vacib sayır. “Eyni zamanda, regiondakı bütün yollar da hamı üçün açıq olmalıdır”.
Cənab Məmmədyarov ABŞ Dövlət katibinin Moskva səfəri zamanı Ermənistan-Azərbaycan münaqişəsinin diqqət mərkəzində olmasını da müsbət qiymətləndirib.
Artıq 9-cu aydır ki, Amerikanın Azərbaycanda səfiri yoxdur. Amerika Dövlət Departamentinin hesabatları da Azərbaycanda tənqidlə qarşılanıb. Son günlər isə iqtidar qəzetlərində Amerikanın mövqeyi birbaşa kəskin tənqid edilir. Bunlara baxmayaraq, “Amerikanın səsi” radiosunun sualının cavabında nazir Məmmədyarov Azərbaycan-Amerika münasibətlərini normal və hərtərəfli qiymətləndirib.
Amerikanın Azərbaycana səfir təyinatının olmamasına gəlincə, nazir bu problemin başqa ölkələr və təşkilatlarla olduğunu da diqqətə çatdırıb. “Amma Azərbaycan tezliklə səfir təyinatını istəyir”.
Müstəqil ekspertlər münaqişə ilə bağlı böyük sülh sazişinə keçidin tezliklə baş verəcəyinə inanmır. Politoloq Eldar Namazov hesab edir ki, hələ də tərəflərin mövqelərində anlaşılmazlıqlar qalmaqdadır. “Belə ki, hər iki tərəf yenilənmiş Madrid sənədini bütövlükdə qəbul etdiyini bəyan etməyib”.
Cənab Namazov Amerika-Azərbaycan münasibətlərinin indiki səviyyəsindən isə narahatlığını bildirib. Onun fikrincə, münasibətlərin bir çox məqamlarında soyuqluq hiss edilir.
İqtidarda olan “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu deyib. Amma çoxtərəfli əlaqələrə baxmayaraq Azərbaycanda narahatlıq yaradan istiqamətlər də mövcuddur.

XS
SM
MD
LG