Accessibility links

Birləşmiş Ştatlar, Türkiyə və İraq - 2002-12-04


Birləşmiş Ştatlar və Türkiyənin rəsmi nümayəndələri Ankarda Türkiyənin İraqa qarşı müharibədə mümkün iştirakını müzakirə edirlər. Birləşmiş Ştatlar Müdafiə Nazirinin Müavini Pol Volfovits Ankarda müxbirlərə deyib ki, o Türkiyənin hərbi əməliyyatda əhəmiyyətli dərəcədə iştirak edəcəyinə əmindir. O, söyləyib ki, ölkəsi ehtiyaclarını ödəmək üçün Türkiyənin bir neçə hərbi hava bazasına bir neçə milyon dollar məbləgində maliyyə vəsait qoya bilər. Türkinin xarici işlər Naziri Yaşar Yakiş isə bildirib ki, ölkəsi hava məkanını və hava bazalarını Amerika ordusu üçün açacaqdır. Lakin bundan əvvəl, BMT-nin Təhlükəsizlik Şurası Baqdada qarşı gücdən istifadə edilməsi üçün daha bir qətnamə qəbul etməlidir.

XS
SM
MD
LG