Accessibility links

Tehranda daha bir məhkəmə prosesi başlayıb - 2002-12-25


Tehranda Amerikanın “Gallap” sorğu təşkilatına mə’lumat satmaqda ittiham edilən Abbas Əbdinin məhkəmə prosesi başlamışdır. İran prokuroru “Gallap”ı Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyinin silahı adlandırmışdır. Qeyd edək ki, Abbas Əbdi 1979-cu il Amerikanın Tehrandakı səfirlik işçilərini girov götürən tələblərdən biri idi. İndi isə Əbdi onun sorğu mərkəzinin İran xalqının 4-də 3 hissəsinin Amerika ilə dialoqa girmə arzusunu nümayiş etdirən rə’y sorğularının nəticələrini buraxdığına görə həbs edilmişdir.

XS
SM
MD
LG