Accessibility links

Kolin Pauel: Vaşinqton diplomatik yola əl atacaq - 2002-12-29


Birləşmiş Ştatların Dövlət katibi Kolin Pauel Amerikanın Şimali Koreyaya hücum etmək planı olmadığını bildirib. Kolin Pauel deyib ki, Vaşinqton nüvə problemini həll etmək üçün qüvvədən deyil, diplomatik vasitələrdən istifadə edəcək. Kolin Pauel müxtəlif teleşirkətlərə verdiyi müsahibələrdə administrasiyanın Şimali Koreaya ilə bağlı siyasətini müdafiə etmişdir.

Dövlət katibi demişdir ki, prezident Buş Şimali Koreya ilə məsələni həll etmək üçün müxtəlif variantlardan istifadə edə bilər. Onun bildirdyinə görə, xəbərdarlıq hücumunun ediləcəyi ehtimal olunmur, lakin danışıqlar birbaşa olmasa da, hər halda, mümkündür.

Kolin Pauel demişdir ki, Birləşmiş Ştatlar Şimali Koreyanın BMT-nin nüvə silahları üzrə müfəttişlərinin ölkədən çıxarılması və plutonium istehsalı üçün istifadə edilən obyektin yenidən işə salınması qərarını alqışlamayacaq. Onun bildirdiyinə görə, Birləşmiş Ştatlar Pxenyana diplomatik və iqtisadi təzyiqləri ciddi surətdə artırmağa hazırlaşır. Buunla belə, Dövlət katibi indiki vəziyyəti böhran adlandırmayaraq demişdir ki, bu, narahatlığa əsasdır. “Biz məsələni olduqca ciddi qəbul edirik, lakin bunun böhran səviyyəsinə qalxacağına inanmırıq və heç kəs hərbi qüvvələrin hazır vəziyyətə gətirilməsi xəbərdarlığını vermir. Bu, çox ciddi bir problemdir və biz bunu həll etməyə çalışırıq.”

Kolin Pauel habelə qeyd etmişdir ki, Birləşmiş Ştatlar qarşıdakı aylar hadisələrin inkşafını izləyəcək.

XS
SM
MD
LG