Accessibility links

Vaşington Postun meqalesi Nardaran haqqında - 2003-01-13


Dünen Amerikanın en nüfuzlu qezetlərindən biri Vaşinqton Post qəzeti Azərbaycandakı mövcüd reallaqıları əks etdirən geniş məqalə dərc edib. Kəndin qətiyyəti Azərbaycan üçün gözlənilməz sınaqdır başlıqlı reportyor yazısı azərbaycanda baş verən siyasi prosesləri rəsmi hökümət və sosial tələblərlə etiraz aksiyaları keçirən Nardaran kəndinin sakinləri arasında davam edən qarşıdurma prizmasından təqdim edir.

Qəzetin yarımbaşlığına isə Birləşmiş Ştatların yeni müttəfiqi sabitliyi əsas gərib etiraz edənlərə dəmir əllə cavab verir sözləri çıxarılıb. Vaşinqton Postun müxbiri Susan Qlasser Nardaran kəndində baş verən hadisələr barədə yazaraq qeyd edir ki, iyunun 3-də polis silahsız dinc nümayişçilərə atəş açaraq bir nəfəri qətlə yetirib və çox sayda insanı yarlamışdır. Heydər Əliyevin başçılıq etdiyi Azərbaycanın "avtoritar rejimi" nardaranlıları dünyəvi hakimiyyəti devirməyə cəhd göstərən radikal müsəlmanlar adlandıraraq bildirir ki, qəsəbə sakinlərinə qarşı "güc tətbiq etməkdən" başqa hökümətin çıxış yolu olmayıb. Sakinlər isə çıxışların dini deyil, siyasi xarakter daşıdığını bildirirlər. Müəllif daha sonra qeyd edir ki, Azad Nardaran şuraı azərbaycanda getdikcə güclənən siyasi müxalifətin əsas şuraına çevirilib. Bakının kənarındakı 8 min sakini olan qəsəbədə baş vermiş hadisələr eyni zamanda ABŞ-ın keçmiş SSRİ-nin bu regionundakı siyasətilə bağlı bəzi məsələlərə də işıq salır. 11 sentyabr hadisələrindən də əvvəl ABŞ-ın ciddi maraqları olduğu Azərbacyanda insan hüquqları ilə strateji maraqlar arasındakı balansı saxlamaq kifayət qədər çətin olub. Əliyevi qəbul etməklə Vaşinqton onu hər şeydən öncə vətəndaşların və siyasi opponentlərin hüquqlarını pozan köhnə stilli diktator kimi deyil, İranın fundamentalist rejiminə qarşı çıxan, Rusiya ilə tarazlaşdırılmış münasibəti saxlayan, dünyəvi dövlətin lideri kimi görməyə üstünlük verib. Lakin Vaşinqton Postun müxbiri kənd sakinlərinin vəziyyəti fərqli qiymətləndirdiklərini yazır.

"Onlar ABŞ-ın baş verənləri islam fundamentalizmi adlandırması hesabına öz diktaturalarını möhkəmləndirməyə can atır-deyə Nardaran sakini Ağa Nuriyev bildirib. O əlavə edib ki, 11 sentyabırdan sonra yaranmış vəziyyət belədir ki, nəyisə islam fundamentalizmi adlandırsan Amerika səni dəstəkləyəcək.

Məqalədə daha sonra bildirirlib ki, Azərbaycan yeni prezident seçkilərinə hazırlaşır və fiziki cəhətdən zəifləyən 79 yaşlı Heydər Əliyev oğlu İlham Əliyevin hakimiyyətə gətirilməsi üçün kampaniya böyük aparır. Belə olan vəziyyətdə azərbaycanlıların bir çoxu Birləşmiş Ştatları baş verənləri sakitcə müşahidə edəcəyindən narahatdır.

"Bu, Qərbin köhnə siyasətidir. Onlar hansısa liderin tiran olduğunu inkaretməyərək bildirir ki, bu, bizim tirandır"-deyə Əliyevin keçmiş köməkçisi Eldar Namazov bildirir. Keçmiş post-sovet liderlərinin çoxu qərbyönlü siyasətlə alver edir və bunun əvəzində Qərbin bir çox mənfi hallara göz yummasını tələb edir. Eldar Namazov Aliyev hökümətinə işarə edərək istehzailə bildirirb sitat onlar hesab edir ki, bu olkədən dəyişən varsa o da odur ki, Politbüro Moskvadan Vaşinqtona köçüb.

Transrarency International təşkilatının məlumatlarına istinad edən Vaşinqton Post y Azərbaycan dünyanın ən çox korrupsiyaya uğramış dövlətlərindən biri olduğunu qeyd edir. Bu göstəriciyə görə 91 ölkə sırasında Azərbaycan 84-cü yeri tutur.

Beynəlxalq müşahidəçilərin fikrincə, Azərbaycan bir dənə də olsun ədalətliseçki keçirməyib. Əliyev 1993-cü ildə hakimiyyəti qanuni prezident Elçibəydən alaraq 1998-ci ildə özünü prezident elan edib. Ölkədə müstəqil hüquqi sistem və müstəqil telekanal yoxdur. Hüquq-müdafiəçilərinin məlumatına görə isə, Azərbaycanda 300-ə yaxın siyasi məhbus var. VAŞİNQTON POST Azərbaycanda ağır sosial durumun olduğunu da qeyd edib. Qəzet yazır ki, Çoxmilyardlı neft-qaz kontraktlarına baxmayaraq, rəsmi məlumatlara görə, ölkədə orta əməkhaqqı ayda $60 təşkil edir. Lakin bu rəqəmi də müşahidəçilər şübhə altına alır. İşsizlik elə yüksək həddə çatıb ki, bir milyondan artıq vətəndaş ölkəni tərk edib və Rusiyada, Türkiyədə qeyri-leqal miqrantdır.

Bununla belə, Əliyev hökumətinin nümayəndələri dəfələrlə bəyan edir ki, Bakı təkcə neft satmağa deyil, həm də Qərblə əlaqələri möhkəmləndirməyə və iqtisadiyyatın inkişafında böyük irəliləyişə nail olmağa çalışır.

Qəzet yazır ki, getdikcə bir səslə çıxış edən müxalifətin on minlərlə adımın iştirakı ilə Bakı küçələrində keçirdiyi kütləvi etiraz aksiyaları Əliyevin həyat standartlarını artıra bilməməsindən və bu gün onun 90-cı illərin əvvəllərindəkindən fərqli olaraq nüfuzunun aşağı düşməsindən xəbər verir.

Əliyev rejiminin siyasətini müdafiə edən prezidentin müşavirlərindən biri Əli Həsənov Azərbaycanda qanunun avtoritarizminin hökm sürdüyünü bildirib.

Vaşinqton Postdakı məqaləedə müxalifət liderlərinin fikirlərinə geniş yer ayırıb. AMİP lideri Etibar Məmmədovun fikrincə, Azərbaycanda sabitlik aldadıcı xarakter daşıyır və istənilən an pozula bilər. "Amerika təkcə Azərbaycan prezidenti ilə deyil, Azərbaycan xalqı ilə dost olmalıdır. O həmçinin qeyd edib ki , öz vətəndaşlarının hüquqlarını pozan prezident ABŞ-a güclü müttəfiq ola bilməz".

Məmmədovun fikrincə, İlham .Əliyevin hakimiyyətə gətirilməsi kampaniyası "varis diktaturasının" yaradılması cəhdidir. Bir çox diplomat və müşahidəçilər də həmin fikri dəstəkləyərək bu ideyanın reallaşmasını Heydər Əliyevin "ən yüksək prioriteti" adlandırır.

Vaşinqton Post yazır ki, rejimin tənqidçiləri bildirirlər ki, Heydər .Əliyevin qohumları və bu ailəyə yaxın adamlar ölkə iqtisadiyyatının aparıcı sahələrinə nəzarət edir onlar İlham Əliyevin varsiliyini təmin etməklə əslində qazandıqlarını itirməməyə çalışırlar.

Bu fikri tamamlayan Musavat partiyasının lideri İsa Qəmbər bildirirb ki, "Əliyev Azərbaycana öz şəxsi böyük biznesi kimi yanaşır və bunu öz oğluna təhvil vermək istəyirI.

"Bütün bunlar Nardaran hadisələrilə ziddiyət təşkil edir. Sovet dövründə bu qəsəbədə gülçülük biznesi inkişaf etmişdi və sakinlər zəngin adamlar sayılırdı. İndi isə 8 minlik əhali arasında 100 faizlik işsizlik hökm sürür, qəsəbəyə elektrik enerjisi gündə bir neçə saat verilir"-deyə Süzan Qlasser yazır.

Nardaran sakinlərinin daha çox dindar olduğunu qeyd edən müxbir məqaləyə kənd sakini 41 yaşlı işsiz Nəcəf Məmmədzadənin sözlərilə yekun vurur. Nəcəf deyir: Əlbətdə ki, biz Allaha dua edirik. başqa imdad gözlədiyimiz daha kimimiz var. Biz Amerikaya müraciyyət edirik, kömək gəlmir. Biz Avropaya müraciyyət edirik, kömək gəlmir. İndi də ümidimiz qalıb Allaha. Allah bizə kömək olsun.əəəe

XS
SM
MD
LG