Accessibility links

Buş administrasiyası BMT-nin Təhlükəsizlik Şurasında lazım olan səsləri ala biləcəkmi - 2003-03-13


BMT diplomatları Təhlükəsizlik Şurasında İraqla bağlı intensiv danışıqlar apararaq İraqı tərksilah etmək üçün sənəd hazırlamaqla məşğuldurlar. Müharibənin yaxınlaşması ehtimalının artdığı şəraitdə diplomatlar İraqı tərksilah etmək üçün yeni kompromislər üzərində işləyirlər. Dünən Britaniya İraqın 6 şərt əsasında tərksilah edilməsilə bağlı güzəştli təklifini verdi. Bu gün isə Buş administrasiyası diplomatik sə’ylərin gələn həftəyə qədər davam etdirilə biləcəyini bildirdi. BMT-də İraqı tərksilah etmək üçün son möhlətin verilməsi məzmunlu qətnamənin qəbul edilməsi üçün Birləşmiş Ştatlara Təhlükəsizlik Şurasının 15 daimi üzvünün doqquzunun səsi lazımdır. Həftənin əvvəli Birləşmiş Ştatların rəsmi nümayəndələri BMT-dəki səsvermədə Amerikanın lazımi səsləri ala bilməsinə ço xyaxın olduğunu deyirdilər. Lakin hələ də qərara gələ bilməyən dövlətrlər var. Amerikanın ən yaxın və səbatlı müttəfiqi Britaniyanın təklifi Fransa tərəfindən qəbul edilməyib. Rusiya və Fransanın qətnaməni bklok edəcəkləri gözlənilir. Amerika gələn həftə İraq üçün son möhlət qoyulması üçün yeni qətnamənin qəbul edilməsinə nail olacaqmı? Buş administrasiyasının atacağı addımlar nədən ibarət olacaq? Bu suallara Vaşinqtondakı Birləşmiş Ştatlar-Azərbaycan Şurasının prezidenti Ceyhun Mollazadə cavab verir.

XS
SM
MD
LG