Accessibility links

Amerikanın hərbi bazası Seulu tərk edir - 2003-04-09


Birləşmiş Ştatlar və Cənubi Koreya Amerika hərbi bazasının tez bir zamanda Seuldan çıxarılması ilə bağlı razılıq əldə etmişlər. “Yongsan Garrison” on illərlə iki ölkə arasındakı hərbi əməkdaşlığın rəmzi kimi tanınsa da, son illər Amerikanın Cənubi Koreyadakı 37 min əsgərdən ibarət hərbi qüvvəsi mübahisələr doğurur. Bazanın köçürülmə tarixi bildirilməmişdir. Cənubi Koreya hökumətinin bildirdiyinə görə prezident Roh Mu Hyun gələn ay Vaşinqtonda prezident Buşla görüşməlidir.

XS
SM
MD
LG