Accessibility links

Corc Buş: İraq islam demokratiyasını təmsil edəcək - 2003-04-28


Prezident Buş bu gün Miçiqan ştatının Detroyt şəhəri yaxınlığında ərəbamerikalılarla görüşüb, İraqın azadlığı ilə bağlı nikbin ruhlu çıxış etmişdir. Detroyt ərəblərin sıx yaşadığı bölgədir. Ağ Evin nümayəndəsinin bildirdiyinə görə prezidentin çıxışı İraqın qonşuları ilə sülh şəraitində yaşaması və İraqın islam demokratiyasının təmsilçisinə çevriləcəyi məsələrini əhatə edirdi. Onun yardımçıları deyirlər ki, prezidentin müharibənin başa çatdığını bu həftənin sonunadək e’lan edəcəyi gözlənilmirdi.

XS
SM
MD
LG