Accessibility links

BMT-nin Təhlükəsizlik Şurası İraqa qarşı beynəlxalq iqtisadi sanksiyaları ləğv edib. - 2003-05-22


BMT-nin Təhlükəsizlik Şurası İraqa qarşı 13- ildən bəri davam edən beynəlxalq iqtisadi sanksiyaların ləğvinə səs verib. Birləşmiş Ştatlar, Britaniya və İspaniyanın sponsorluq etdiyi qətnaməyə 14 ölkə səs verib. Suriya səsvermədə iştirak etməyib. Qətnaməyə səs verən ölkələr arasında Birləşmiş Ştatların başçılığı altında İraqdakı müharibəyə güclü müqavimət göstərən Rusiya, Fransa və Almaniya da var. Qətnamə beynəlxalq icma tərəfindən tanınacaq İraq hökuməti təşkil edilənə qədər Birləşmiş Ştatlar və Britaniyaya İraqı idarə etmək üçün geniş səlahiyyətlər verir. İraqda yenidənqurma işlərini maliyyələşdirmək üçün İraq neftinin satışı da bu ölkələrə həvalə edilib. 1990-cı ildə İraq Küveyti işğal etdikdən sonra BMT- Baqdada qarşı beynəlxalq iqtisadi sanksiyalar tətbiq etmişdi.

XS
SM
MD
LG