Accessibility links

İsrail mərasimi təxirə saldı - 2003-07-28


İsrail yəhudi dövlətini İordan çayının qərb sahilindən ayıran mübahisəli səddin ilk hissəsinin inşasının başa çatması münasibətilə rəsmi mərasimi tə’xirə salıb. İsrailin baş naziri Ariel Şaronun prezident Buşla danışıqlar keçirmək məqsədilə Vaşinqtona yetişməsindən bir neçə saat sonra qəbul edilən bu qərarla bağlı rəsmi açıqlamalar verilməyib. Keçən həftə prezident Buş sədd layihəsini tənqid etmişdi. İsrail mətbuatı mərasimin Bush administrasiyasını narazı salmamaq üçün tə’xirə salındığını xəbər verir. Bu arada, İsrailin hərbi qüvvələri İordan çayının qərbi sahilində sədd yaxınlığında yerləşən Anin qəsəbəsində nümayişçiləri dağıtmaq üçün rezin güllələrdən istifadə etmişlər. Beş Fələstin tərəfdarı fəalın, o cümlədən, bir Amerikalının yaralandığı xəbər verilir.

XS
SM
MD
LG