Accessibility links

Qüdsdə müqəddəs ibadətgahda gərginlik artmaqdadır - 2003-08-26


Fələstinin baş naziri Mahmud Abbas bildirib ki, İsrail onun “yəhudi ekstremistləri” adlandırdıqları şəxslərin Qüdsdə müqəddəs ibadət yerinə ziyarət etməsinə icazə verməklə daha çox zorakılıqlara yol verir. Cənab Abbasın qeydləri İsrail polisinin müqəddəs əl-Həram əl-Şərifə qeyri-müsəlmanların buraxılmasına mane olan müsəmanlarla toqquşmasından bir gün sonraya təsadüf edir. İsrail 2000-ci ilin sentyabrında Fələstin üsyanlarından sonra üç ilə yaxın müddət ərzində ik dəfə olaraq müqəddəs ibadətgah yerini qeyri-müsəlman zəvvarlar üçün açmışdır. Cənab Abbas demişdir ki, İsrail polisi müqəddəs yerə “toqquşma və zorakılıq” üçün bir üsul kimi baxır.

XS
SM
MD
LG