Accessibility links

Nyu York sentyabrın 11-hadisələrinin ikinci ildönümünü qeyd edir - 2003-09-11


Şəhərin hər tərəfindən kilsə zənglərinin səsi gəlir. Şəhər Dünya ticarət Mərkəzinə hücumların ikinci ildönümünü qeyd edir. Nyu Yorkdakı mərasimin əsas iştirakçıları uşaqlardır. Valideynləri, ya da qohumlarını itirən iki yüz uşaq hücumlar zamanı həlak olan üç minə yaxın adamın adını oxuyur. Həlak olanların ailə üzvləri ə qohumları onların xatirəsinə həsr olunmuş şerlər deyirlər. Nyu Yorkun meri Maykl Blumberq həlak olanların xatirəsinə həsr olunmuş “Adlar” adlı şeri oxumuşdur. Nyu Yorkda bütün gün xatirə mərasimləri davam edəcək və axşam hava qaralanda iki projektor Dünya Ticarət mərkəzinin binalarının durduğu yerdə işıq salacaq.

XS
SM
MD
LG