Accessibility links

İtaliyada elektrikin verilməsi bərpa olub - 2003-09-28


Bu gün səhər tezdən İtaliyada elektrikin kəsilməsi ölkənin 58 milyon sakininin işıqsız qalmasına səbəb olub. Milan və Turin bir neçə saat fasilədən sonra elektrikin verildiyi ilk şəhərlər olmuşlar. Bütün gecə səhərədək festivalın keçirildiyi Roma küçələrində insanlar elektrik kəsildiyinə görə tramvay və metro dayanacaqlarında saatlarla nəqliyyat gözləyiblər. Rəsmilər elektrikin kəsilməsinə nəyə görə kəsildiyini hələ müəyyən etməmişlər. Yalnız Sardiniya adası və İtaliyanın bəzi kiçik adalarında işığın kəsilməsi müşahidə olunmayıb.

XS
SM
MD
LG