Accessibility links

İraqın şimalı kürd yaraqlılarından təmizlənəcək - 2003-10-02


Birləşmiş Ştatlar və Türkiyə rəsmiləri İraqın şimalının kürd yaraqlı qrupundan təmizlənməsi ilə bağlı fəaliyyət planı haqda razılığa gəliblər. Türkiyənin xairici işlər nazirinin müavininin yardımçısı Nabil Sensoy razılğın Ankarada gedən danışıqlar zamanı əldə edildiyini bidirib. Rəsminin sözlərinə görə, hazırda KADEK kimi tanınan Kürdüstan Fəhlə Partiyası PKK-nın İraqın şimalından çıxarılması ilə balğı hər bir variant nəzərdən keçirilir. Birləşmiş Ştatların danışıqlarda iştirak edən nümayəndəsi, Dövlət Departamentinin əks-terror məsələləri üzrə koordinatoru Kofer Blekin bidirib ki, PKK terror təşkilatıdır və ona İraqda yer yoxdur.

XS
SM
MD
LG