Accessibility links

Şaron: terrorizm sərhəd tanımır - 2003-11-16


İsrailin Baş naziri Ariel Şaron İstanbulda sinaqoqalara edilmiş bomba hücumunu sərhəd bilməyən terror əməliyyatı adlandırıb. Ariyel Şaron deyib ki, İstanbulda hücum terrorçuların dinə və irgə fərq qoymadıqlarını nümayiş etdirib. “Onlar bu əməliyyatları ilə günahsız adamlar arasında qorxu yaratmağa çalışırlar”-deyə Ariyel Şaron əlavə edib. Cənab Şaron 23 adamın ölümü və 300 adamın yaralanması ilə nəticələnən əməliyyatı həyata keçirən şəxslərin məsuliyyətə cəlb edəcəyinə ümid bəslədiyini bildirib. Baş nazir Türkiyənin rəsmilərilə və Türkiyədəki yəhudi icmasının liderlərilə danışıqlar aparmaq üçün xarici işlər naziri Silvan Şalomu Türkiyəyə göndərib. İsrailin Mossad və Şin Bet təhlükəsizlik xidmətləri işçilərinin də təhqiqata kömək etmək üçün dünən İstanbula yollandıqları bildirilir.

XS
SM
MD
LG