Accessibility links

BMT müfəttişləri Liviyadadır - 2003-12-28


BMT-nin silah müfəttişləri Liviyanın nüvə silahları proqramının təftişi məqsədi ilə o ölkəyə səfər edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin bildirdiyinə görə müfəttiş heyəti bu gün Liviyanın 4 obyektində olub. Qeyd edək ki, müfəttiş heyəti Liviyanın kütləvi qırğın silahları istehsal etdiyini etiraf etməsindən səkkiz gün sonra, yəni dünən Liviyaya səfər edib. Liviyanın xarici işlər nazirliyinin bildirdiyinə görə müfəttişlər uranın zənginləşdirilməsi sentrufuqası da daxil edilməklə, silah istehsal edilən obyektlərə aparılıblar.

XS
SM
MD
LG