Accessibility links

BMT seçkilə bağlı məsələləri öyrənmək üçün İraq missiya göndərir - 2004-01-27


BMT-nin baş katibi Kofi Annan təhlükəsizlik qarantiyları alarsa, gələn aylar İraqda seçkilər keçirilməsinin mümkünlüyünü öyrənmək məqsədilə ölkəyə təşkilatın missiyasını göndərə biləcəyini bəyan edib. Baş katib bu açıqlamaları bu gün Parisdə edib. Birləşmiş Ştatlar və ABŞ İraqda tətin etdiyi icraedici şura cənab Annandan seçki ilə əlaqədar məsələləri öyrənməyi xahiş etmişlər. İraq şiələrinin dini rəhbəri Ayatulla Əli əl-Sistani İraqda hakimiyyətin koalisiyadan iraqlıların özünə təhvil verilməsindən əvvəl ölkədə birbaşa seçkilərin keçirilməsinə tələb edir. Həm Buş administrasiyası, həm də İraqın icraedici şurası azad və ədalətli seçkilərin təşkili üçün kifayət qədər vaxt olmadığını bildirirlər.

XS
SM
MD
LG