Accessibility links

Mərakeşdə güclü zəlzələ baş verib - 2004-02-24


Mərakeşin şimal bölgəsində baş verən güclü zəlzələ nəticəsində 226 adamın həlak olduğu, onlarla insanın yaralandığı xəbər verilir. Zəlzələ bu gün Mərakeşin paytaxtı Rabatdan 300 km-lik məsafədə yerləşən liman şəhəri Əl-Hoseyma yaxınlığında baş verib. Seysmoloqlara əsasən zəlzələnin gücünün Rixter şkalası ilə 6.1-lə 6.5 arasında olduğu bildirilir. Gecə saat 2:30 radələrində qeydə alınan zəlzələdən sonra yeraltı təkanlar davam etmişdi. Yerli nümayəndələr bir kəndin tamamilə dağıldığını, yaxınlıqdakı digər kəndlərə isə ciddi zərər dəydiyini deyirlər. Qeyd edək ki, bu kəndlərdəki evlərin çoxu palçıqdan tikilmişdi. Xislasetmə dəstələrinə hərbi qüvvələr də qoşulub, dağıntılar altında sağ qalanları çıxarmağa çalışırlar.

XS
SM
MD
LG