Accessibility links

Milyonlarla insan İspaniyada terror hücumlarının qurbanlarının xatirəsini anır                - 2004-03-12


İspaniya dünən 198 adamın ölümülə nəticələnmiş terror hücumlarından sonra matəm içindədir. Hökumət hücumlara görə bask terrorçularını məsul tutsa da, təhqiqatın Əl-Qaidənin iştirakının mümkünlüyünü istisan etmədiyini bəyan edir. Bu arada, baş nazir Xose Mariya Aznar bazar gününə təyin olunmuş seçkilərin vaxtında keçirələcəyini bildirib. Elan olunmuş üç günlük matəmin birinci günü İspaniyanın hər yerində terror əleyhinə nüamyişlər keçirilir. Dünən səhər Madrid yaxınlığındakı qatar stansiyalarında demək olar ki, eyni vaxt baş vermiş 10 partlayış zamanı 200-ə yaxın adam həlak olmuş, min dörd yüzdən artıq adam yaralanmışdır. İspaniya hökuməti ilk anda ölkədə ən qanlı hücuma görə bask separatçılarının ETA qrupunun məsuiliyyət daşıdığını bildirmişdi. Lakin sonradan islamçı terror qrupunun partlayışların həyata keçirilməsində iştirak etdiyinin mümkünlüyünə dair dəlillərin aşkar edilməsi təhqiqatın daha geniş istiqamətdə aparılmasına gətirib çıxarmışdır. ETA-nın fəaliyyəti qadağan olunmuş siyasi qanadı olan Batsuna bomba hücumlarına görə məsiliyyət daşımadığını bildirir. Bazar gününə təyin olunmuş parlament seçkilərində namizədlərin siyasi kampaniyası dayandırılıb. Lakin baş nazir Xose Mariya Aznar ümumi seçkilərin vaxtında keçiriləcəyini elan edib.

XS
SM
MD
LG