Accessibility links

BMT və ATƏT-in əks terror üzrə ekspertləri Vyanada görüş keçirdilər - 2004-03-12


Görüşdə dnüya ölkələrinin terrorla daha təsirli üsullarla mübarizə aparması müzakirə edilib. İki günlük görüşü başa vuran BMT və ATƏT rəsmiləri Madriddə baş vermiş hücumlardan sonra terrorizmə qarşı mübarizədə birgə səyləri gücləndirimək əzmində olduqlarını bildirmişlər. İspaniyanın BMT-dəki səfiri İnosensio Arias ATƏT-in əks-terror komitəsinin sədridir. O, terror qrupları ilə mübarizədə çətinliklərdən danışmışdır. çəkmişdir. Bununla belə, səfir terrorçuların bazalarını zəiflətmək üçün atıla biləcək addımları göstərmişdir. “Əgər terrorçular heç bir ölkədə sığınacaq tapa bilmirlərsə, təhvil verilirlərsə, çirkli pullarını yuya bilmirlərsə, onların fəaliyyət göstərə bilməsi on dəfədən birində deyil, bəlkə yüz dəfədən birində mümkün ola bilər.” Beynəlxalq təşkilatlar informasiyanın mübadilə edilməsi işinin yaxşılaşdırıldığı təqdirdə terror hücumlarının qarşısının daha effektiv şəkildə alına bilməsinin söyləmişlər. Əks-terror üzrə ekspertlər dünya ölkələrinin höükumətlərini hava limanlarında təhlükəsizlik tədbirləri və pasport nəzarətinin gücləndirilməsinə çağırmışlar.

XS
SM
MD
LG