Accessibility links

Girov götürülən Pakistan əsgərlərinin cəsədi tapılıb - 2004-03-27


Pakistanın hərbi mənbələrinin bildiriyinə görə Əfqanıstanla sərhəd bölgələrdə 8 əsgər qətlə yetirilmişdir. Əlləri arxadan bağlanmış əsgərlərin cəsədləri Əl-Qaidə və Taleban döyüşçülərinin gizləndikləri təxmin edilən Vəziristan regionunun Vana şəhəri yaxınlığında tapılmışdır. Keçən bazar ertəsi girov götürülən əsgərlər yaxın məsafadən açılan güllə atəşinin qurbanı olmuşlar. Pakistan lideri qətli qınayaraq, bunu soyuqanlılıqla həyata keçirilən cinayət adlandırmışdır.

XS
SM
MD
LG