Accessibility links

Madriddə qatar partlayışı ilə əlaqədar daha iki şəxs məhkəmə qarşısına çıxarılıb - 2004-04-07


Keçən ay Madriddə 190-dan artıq adamın ölümü ilə nəticələnən qatar partlayışını həyata keçirdiklərindən şübhələnilən 2 mərakeşli şəxs bu gün məhkəmə qarşısına çıxarılıb. Onlardan biri dünən Toledo şəhərində, digəri isə bir neçə gün əvvəl İspaniyanın Şimali Afrika anklavı Cuetada ələ keçirilmişdi. İspaniya polisinin bildirdiyinə görə hadisə ilə əlaqədar hazırda 17 adam nəzarət altındadır. Səlahiyyətli nümayəndələr şənbə günü Madriddəki bir mənzilə polis reydi zamanı 3 şübhəlinin qaçmağa nail olduğunu deyirlər. Reyd zamanı 6 şübhəli və polis zabiti intihar partlayışı nəticəsində həlak olmuşdu.

XS
SM
MD
LG