Accessibility links

Tehran ağır su reaktoru inşa edir - 2004-04-07


Beynəlxalq Atom Enerjisi Agenliyinin bildirdiyinə görə Tehran İranın mərkəz bölgəsində ağır su reaktoru inşa etməyə hazırlaşır. Bəziləri bunu İranın nüvə silahları proqramının bir hissəsi adlandırır. BAEA İranın Ərak şəhəri yaxınlığında ağır su reaktoru tikmək niyyətindən və burada silahlarda istifadə edilə bilən plutonium istehsal edəcəyindən xəbərdar olduğunu bildirib. İran hələ keçən il agentliyə su stansiyası və ağır su reaktorunun inşasına başlayacağını elan etmişdi. İran həmin vaxt agentliyə ilkin inşaatın layihəsini təqdim etmişdi. Layihədə avadanlıqların nəhəng hissəsləri olan qaynar kameralardan söz açılmamışdı. Baxmayaraq ki, layihədə bunların göstərilməsi zəruri hesab edilirdi. İran bu tipli reaktorların həm tibbi, həm sənaye, həm də plutoniumun istehsalı baxımından əhəmiyyətindən danışır. Qərb diplomatları ağır su reaktorunun olduqca böyük bir sərmayə olduğunu və bunun mülki məqsədlərlə tikildiyinə dair heç bir əsasın olmadığını deyirlər.

XS
SM
MD
LG