Accessibility links

İraqda itkin düşmüş iki Almaniya vətəndaşının öldüyünə inanılır - 2004-04-11


Almaniyanın xarici işlər nazirliyi Almaniya təhlükəsizlik qüvvələrinin iki zabitinin İraqda itkin düşməsilə əlaqədar bəyanat yayıb. Bəyanatda çərşənbə günü Fəllücədə döyüşlər gedən zaman Bağdaddan İordaniyaya yollanan həmin zabitlərin öldüyü ehtimal edildiyi deyilir. Nazirliyin mətbuat katibi bununla bölə, onların öldüyünü təsdiq edən son qərarın hələlik verilmədiyini bildirib. Həmin şəxslərin İraqda keçən həftə digər xarici vətəndaşlar kimi oğurlandığına inanılmır. Röyter xəbər agentliyinin verdiyi məlumata görə, Bağdaddakı Almaniya səfirliyindəki işçilərin rotasiya üzrə əvəz edilməsi üçün oraya xüsusi polis dəstələri yollanıb. Qeyd edək ki, Almaniya İraqa hərbi qüvvə göndərməyib.

XS
SM
MD
LG