Accessibility links

Gürcüstanda hərbi təlimlər keçirilir - 2004-04-30


Gürcüstan Qara dəniz sahilindəki Poti şəhəri yaxınlığında üçgünlük hərbi təlimlərə başlayıb. Gürcüstan hərbi qərargahının rəisi, general Givi İukuridze bildirib ki, üç gün davam edən hərbi manevrdə iki minə yaxın hərbi hava, piyada və dəniz qüvvələrinin əsgərləri iştirak edəcək. Bu manervlərin məqsədi böhran zamanı insanların ərazidən necə təxliyyə edilməsi, terrorizmə qarşı hansı yollarla mübarizə aparılması və Baku-Tbilisi-Ceyhan neft kəmərininin təhlükəsizliyinin necə təmin edilməsi üsullarının öyrənilməsindən ibartədir. Təlimlərin keçirildiyi bölgə Acaristan muxtar respublikasının 30 kilometrliyində yerləşir. Acaristanın lideri Abaşidze deyib ki, bu manevlər məntəqədəki gərginliyi daha da artırır. Tbilisi Acariya liderinin açıqlamalarını rədd edir.

XS
SM
MD
LG