Accessibility links

İsrail həlak olmuş əsgərlərinin cəsədlərini tələb edir - 2004-05-12


İsrailin əsgələrilə fələstinli yaraqlılatr arasında bu gün baş verən vuruşmalar nəticəsində İsrailin daha bir zirehli maşını təxrib olub. Ərəb televiziyası bildirib ki, əməliyyatda 6 İsrail əsgəri həlak olub. Həmçinin İsrail helikopterinin Qəzzə şəhərinin ətarfını raket atəşinə tutması nəticəsində azı 4 fələstinli həlak olmuş və 10 nəfərdən çox adam yaralanmışdır. İsrailin bu əməliyyatı Qəzzə zolağında yolda yerləşidirilən bombanın partlayışı nəticəsində 6 İsrail əsgərinin həlak olmasından bir gün sonraya təsadüf edir. İsrail bildirir ki, bu əməliyyatın məqsədi Fələstin yaraqlı qrupunun hədəfini dağıtmaq idi. Lakin fələstinli şahidlər deyirlər ki, İsrailin helikopterinin atdığı bir raket Qəzzə şəhərinin qonşuluğundakı Zeytun məntəqəsinin bir binasına, digər biri də məscidin yaxınlığına düşüb. Xəsarət alanların arasında uşaq və qadınlar da var. İsrailin hərbi qüvvələri həlak olan 6 əsgərin cəsədini tapmaq məqsədilə tank və helikopterlərin müşayəti ilə Zeytuna daxil olub və evlərdə axtarışlar aparmışlar. Fələstin yaraqlıları əsgərlərin cəsədlərini İsrailə qaytarmaq üçün şərtlər irəli sürür. İsrail isə bildirib ki, o, bu məsələ ilə əlaqədar yaraqlılarla danışıqlar aparmayacaq. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətlıri əsgərlərin cənazələrini İsrailə qaytarmaq üçün vasitəçilik etməyə razılıq verib. Fələstinin liderləri yaraqlıları əsgərlərin cəsədlərini İsrailə qaytarmağa çağırıblar. Misirin rəsmiləri də əsgərlərin cənazələrini İsrailə qaytarmaq üçün yaraqlılarla danışıqlar aparır.

XS
SM
MD
LG