Accessibility links

Ərəb Liqasının iki günlük sammiti başa çatdı - 2004-05-23


Ərəb Liqasının 22 üzvü bu gün Tunisin paytaxtında keçirdikləri sammit zamanı ölkələrində siyasi islahatlarla bağlı qətnamə qəbul etmişlər. Lakin bu qeyri-müəyyən şərtləri irəli sürən sənədin konkret addımlara yol açıb-açmayacağı hələ məlum deyil. Sənəddə ərəb dövlətləri demokratiya, bərabərlik, söz azadlığı və qadınların hüquqlarının müdafiəsinə səslənir. Ərəb ölkələrinin liderləri Yaxın Şərqdə sülh prosesinin canlandırılmasına da cağırmışlar. Liviya prezidenti Müəmmar Qəddafi sammitin gündəliyinə etiraz edərək yığıncaq zalını tərk etmişdi. Digər 8 ərəb lideri sammitdə ümumiyyətlə iştirak etməmişdi.

XS
SM
MD
LG