Accessibility links

Amerika və Britaniya İraqla bağlı yeni BMT qətnaməsi irəli sürür - 2004-05-24


Birləşmiş Ştatlar və Britaniya müvəqqəti İraq hökumətinin suverenliyini təsdiq edən və Amerikanın başçılıq etdiyi koalisiya qüvvələrinin İraqda qalma mandatını İyunun 30-dan sonrakı müddətə uzadan qətnamə layihəsini BMT-yə təqdim etmişdir. Qətnamə rəsmi olaraq BMT Təhlükəsizlik Şurasının bu gün bağlı qapılar arxasında keçirdiyi görüşdə açıqlanmışdır. Media kanalları vasitəsilə sızan informasiyaya görə qətnamənin mətni beynəlxalq sülhməramlı qüvvələrin statusunun bir ildən sonra nəzərdən keçirilməsini təsbit etsə də, bu qüvvələrin İraqı tərketmə tarixini müəyyənləşdirmir. Qeyd etmək gərəkdir ki, bu diplomatik səy Prezident Buşun bu axşam televiziya ilə Amerikanın İraqdakı məqsədlərini dünya ictimaiyyətinə açıqlayacaq müraciətinin fonunda baş verir. Belə ki, son həftələrdə Amerikanın İraqdakı siyasətinə verilən dəstək həm Amerika daxilində həm də xaricdə azalıb.

XS
SM
MD
LG