Accessibility links

ABŞ prezidenti dünya ölkələrindəki qüvvələrini alqışlayıb - 2004-06-16


Prezident Buş İraq və Əfqanıstanda xidmət göstərən Amerikanın hərbi qüvvələrini alqışlamış və onların gələn aylar ərzində daha artıq zorakılıqlarla üzləşə biləcəkləri barədə xəbərdarlıq vermişdir. Bu gün satilit televiziyası vasitəsi ilə Amerikanın dünya ölkələrindəki qüvvələrinə müraciət edən prezident demişdir ki, ABŞ qüvvələri Əfqanıstan və İraqa təhlükəszlik və demokratiya gətirməyə çalışır. Amerika prezidenti ABŞ hərbiçilərinin terrorizmlə mübarizə və bu mübarizədə zəfər çalması üçün zəruri hər bir mənbəyə malik olduğunu bildirmişdir. Prezidentin çıxış etdiyi Floridanın Tampa şəhərində yerləşən Makdill hava bazasına minlərlə hərbi nümayəndə toplaşmışdı.

XS
SM
MD
LG