Accessibility links

Britaniyalılar azad edildi - 2004-06-25


Britaniya rəsmilərinin bidlirdiynə görə İranda saxlanılan 8 britaniyalı hərbiçi azad edilərək, İraqın cənubundakı həbri bazalarına qayıdıblar. Britaniyanın Tehrandakı səfirliyinin məlumatına görə onlar Tehran və London arasında 3 gün davam edən danışıqlar nəticəsində azad ediliblər. Xatırladaq ki, dəniz qüvvələrinin 2 əsgəri və 6 yüksək rütbəli həbiçisi bazar ertəsi İraqla İran arasındakı Şət Əl Ərəb sularında ələ keçirilmişdi. İran onların su sərhədlərini pozduğunu, hərbiçilər isə səhvən İran sularına keçdiklərini bildiriblər.

XS
SM
MD
LG