Accessibility links

Marlon Brando vəfat edib - 2004-07-02


Kino dünyasının əfsanəvi ulduzu Marlon Brando 80 yaşında gözünü dünyaya əbədi yumdu. Rəsmi bəyanat verilməsə də, onun ailəsi və vəkilləri aktyorun dünən xəstəxanada vəfat etdiyini bildirlər. 8 dəfə Oskara namizəd göstərilən Marlon Brando bu yüksək mükafatı iki dəfə qazanmışdı. 3 dəfə ailə quran kino-aktyor 9 uşaq atası olmuşdu. Onun ən böyük həyat faciəsi 1990-cı ildə oğlunun qızının görüşdüyü oğlanı öldürməsi, 1995-ci ildə həmin qızının özünü öldürməsi olmuşdu.

XS
SM
MD
LG