Accessibility links

Prezident Buş Səddamla müharibə qərarını müdafiə edib - 2004-07-12


Qarşıdan gələn seçkilərdə gərgin mübarizə ilə üzləşən Prezident Buş terrorizmə qarşı əldə olunan nailiyyətləri vurğulayaraq bildirmişdir ki, onun siyasəti Amerikanın təhlükəsizliyinə böyük xidmət edib. Cənubdakı Tennessee ştatının Ouk Ric Milli Laborotoriaysında çıxış edən cənab Buş söyləyib ki, Əfqanıstanın və İraqın azad edilməsi Birləşmiş Ştatlar üçün ciddi təhlükələrin aradan götürülməsi ilə nəticələnib. Kütləvi qığın silahlarının tapılmamasına baxmayaraq, Prezident Buş İraqla müharibə qərarını müdafiə etmiş, və Səddam rejiminin belə silahları əldə etmə potensialını diqqətə yetirmişdir. O, həmçinin Əfqanıstan, Pakistan, Səudiyyə Ərəbistanı və Liviyada göstərilən anti-terror səylərinə istinad edərək öz siyasətinin işlədiyini bəyan etmişdir.

XS
SM
MD
LG