Accessibility links

Prezident Buşun seçki kampaniyası intensiv şəkildə davam etdirilir - 2004-08-01


Prezident Buş Demokrat partiyasının milli qurultayı zamanı geniş fəaliyyət göstərməyərək, Texasda Kranforddakı rançosunda qaldı. Bununla belə, administirasiya aydın şəkildə bildirdi ki, bu, işgüzar məzuniyyətdir.

Mətbuatın diqqət mərkəzində Demokratların keçən həftə Bostondakı qurultayı qalırdı. Bu arada, prezident Buş və onun milli təhlükəsizlik komandası işi davam etdirərək sentyabrın 11-i hadisələrini araşdıran komissiyanın təkliflərinə cavablar hazırlamaqla məşğul idi. Demokratların Bostonda qurultayda söylədikləri tənqidlər və Senatda bu həftənin cümə günü sentyabrın 11-i komissiyasının təklifləri ilə bağlı keçiriləcək dinləmələr Buş administrasiyasına tez bir zamanda cavablar hazırlaması üçün ciddi təzyiq kimi qiymətləndirilir. Ağ Evin mətbuat nümayəndəsi Trent Daffi müxbirlərin suallarına cavab verərək “prezident ölkəni daha təhklükəsiz etmək üçün vaxtı itirməyəcək” demişdi. Buna görə də prezident Buş mediada görünməsə də, onun kampaniyasın Dmeokratların qurultayında səslənən tənqidlərə müqvimət göstərmək üçün ciddi iş aparırdı. Bir neçə qərb ştatında kampaniya aparan vitse-prezident Dik Çeyni respublikaçıların mesajını çatdırır, demokrat opponentlərini kəskin tənqid atəşinə tuturdu. “Konqres Səddam Hüseynə qarşı hərbi qüvvə işlətməyə səlahiyyət verəndə senatorlar Kerri və Edvards buna səs vermişdilər. Amma İraqda mübarizə aparan hərbi qüvvələrin maliyyələşdirilməsi məsələsi gələndə burada başqa vəziyyət yarandı.”

Prezident müşaviri olmuş Deyvid Yergen Buş administrasiyasının bu aqressiv tonunun əslində ənənənin pozulması olduğunu deyir. “Adətən, partiyalar arasında sanki centlmensayağı bir sövdələşmə olur. Bizim qurultayımız zamanı siz bizə hücum etmirsiniz, biz də sizin qurultayınız zamanı sizə hücum etmirik.“ Demokratların mesajına müqavimət göstərmək üçün Buş seçki kampaniyası mətbuatla işi Bostona keçirdi. Burada hər gün mətbuat konfransları keçirilirdi və internetdə mətbuat üçün yeni-yeni xəbərlər qoyulurdu. Respublikaçılar partiyası hazırda yeni video reklam hazırlayıb. Burada cənab Kerrinin Senatda müxtəlif məsələlərlə bağlı səs vermə zamanı ardıcıl olmadığı göstərilir. Tarixən, prezidentliyə namizədlərin reytinqi milli qurultaylardan sonra xeylin artır. Vaşinqtondakı CATO institutunda hökumət nümayəndələyi mərkəzinin direktoru Con Sampls deyir ki, respublikaçılar demokratların üstünlüyünü azaltmağa çalışırlar. “Onlar Kerrini elə bu başdan, qurultay başa çatmamış müdafiə vəziyyətində qoymağa və bununla da Demokratların qurultayı zamanı prezident Buşə dəyən zərəri azaltmağa çalışırlar.” Cənab Kerrinin qurultaydan sonra yığdığı siyasi kapitalı azaltmaq üçün prezident Buş yenidən seçki kampaniyasını intensiv şəkildə davam etdirməyə başladı. Prezident Buş bu ayın sonu Respublikaçıların milli qurultayına qədər hər gün seçki kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçiriləcək.

XS
SM
MD
LG