Accessibility links

Bağdadda milli siyasət konfransı keçirilir - 2004-08-15


İraqın milli siyasət konfransında iştirak edən 30 nümayəndə heyətinin üzvləri Bağdad hökumətinin Nəcəf şəhərindəki yaraqlarla atəşkəs danışıqlarını bərpa etmədiyi tədiqdə konvensiyanı tərk edəcəklərini bildiriblər. 3 günlük Bağdad konfransında iştirak edən 1300-ə yaxın dini, siyasi və mülki qrupların nümayəndələri hökumətin məsləhər şurasının təşkilinə yardım etməlidir. Güclü təhlükəszlik tədbirləri altında keçirilən konfransın işi top atəşləri ilə müşaiyət olunur. Konfrans binasına heç bir zərər dəyməsə də, yaxınlıqda bir mülki vətəndaşın öldürüldüyü bildirilir.

XS
SM
MD
LG