Accessibility links

Fransa hökumətinin baş örtüyünə qoyduğu qadağa qüvvəyə minir - 2004-09-02


Fransız hökuməti müsəlman baş örtükləri və başqa dini simvolların geyilməsini qadağan etdikdən sonra ilk dəfə olaraq milyonlarla şagird yeni məktəb ilinə qədəm qoyub. Rəsmilərin dediyinə görə dərslərin birinci günü sakit keçib. Bununla belə İraqda qadağaya etiraz əlaməti olaraq girov götürülmüş 2 Fransiz jurnalistinin taleyi ilə bağlı narahatçılıq davam edir. Rəsmilərin dediyinə görə yalnız bir neçə qız şagırd məktəbə baş örtüyü geyinərək gəlib. Fransanın ən iri Müslman təşkilatı olan və qadağanın əleyhinə çıxmış Fransa İslam Təşkilatları Birliyi qızları qanuna əməl etməyə çağırıb. Qadağa Yəhudi yarmulkelərinə və Xristian xaçlarına şamil edilsə də, Fransanın 5 milyonluq müsəlman əhalisi qanunun əsasən baş örtüyünə qarşı yönəldiyini düşünür.

XS
SM
MD
LG