Accessibility links

Qazaxıstanda parlament seçkiləri keçirilir - 2004-09-19


Bu gün Qazaxıstanda ölkə prezidentinə yaxın olan partiyaların susdurulmuş müxalifət partiyalarına üstün gələcəyi gözlənilən yeni parlament seçkiləri keçirilir. Prezident Nursultan Nazarbayev paytaxt Astanada səsvermədə iştirak edib və əhaliyə müraciət edərək, ölkəni neftdən əldə edilən gəlirlərin yenidən bölüşdürlməsi barədə müxalifətin sitat “boş vədlərinə” yox, sabitliyə səs verməyə çağırmışdır. Nazarbayev seçkilərin azad və ədalətli olduğunu söyləmişdir.

Lakin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT)nümayəndələri prezident və onun qızının partiyalarının təbliğatına yönəlmiş materialların kütləvi mətbuat vasitələrində seçkilər ərəfəsi çap olunmasını qeyd etmişlər. Bundan əlavə, müxalifət və müstəqil müşahidəçilər saxtalaşmalara imkan yarada biləcək elektron səsvermə sistemi barədə öz narahatlıqlarını bildirmişlər.

XS
SM
MD
LG