Accessibility links

Pakistanda əlavə bir neçə militant həbs olunub - 2004-09-28


Bazar günü yüksək səviyyəli əl-Qaida liderinin öldürülməsindən və onun iki yardımçısının həbs olunmasından sonra, Pakistan təhlükəsizlik qüvvələri əlavə daha bir neçə militant həbs etmişlər. Rəsmilər həbsə alınanların sayını açıqlamasalar da, həmin adamların öldürülmüş militant Əmcad Hüseyn Faruqi ilə əlaqəli oduğunu bildiriblər. Pakistan rəsmiləri yenicə həbs edilmiş militantlar haqda Bazar gününün reydi zaman ələ keçirilmiş iki nəfərin dindirilməsi zamanı məlumat aldıqlarını deyirlər. Qeyd edək ki, Əmcad Faruqi aylarla axtarışda olub. O, Pakistan Prezidenti Pervez Müşərrəfə qarşı iki qəsd aktı planlaşdırılmaqda şübhəli bilinirdi. O, həmçinin 2002-ci ildə Amerkalı jurnalist Daniel Perlin başını kəsməyə görə məhkum edilmişdi.

XS
SM
MD
LG