Accessibility links

İraq əsgərlərinin qətli əvvəlcədən planlaşdırılmışdı - 2004-10-25


İraq rəsmiləri bildirirlər ki, 49 İraq əsgərinin qətli daxilə yolu olan adamlar tərəfindən təşkil edilə bilərdi. Diyala vilayətinin vali müavini Aqil Həmid Əl Adili Əl-Ərəbiyyə tele-kanalına bildirib ki, qüvvələrin hərbi bazalarını nə vaxt tərk etdiklərini yalnız bu yolla müəyyən etmək olardı. Cənab Adilinin dediyinə görə, hücumçular əsgərlərin evlərinə döndüklərinə görə silahsız olduğunu da bilirdilər. Bu gün də İraq paytaxtı və bir neçə digər bölgədə dinc 11 iraqlı və bir Amerika əsgəri qətlə yetirilmişdir.

XS
SM
MD
LG