Accessibility links

Nepalda Maoistlər tətill edir  - 2004-12-20


Nepalın Maoist üsyançıları tərəfindən çağırılmış 2 günlük tətil Himalay dövlətinin paytaxtını və ətraf şəhərləri iflic vəziyyətinə salmışdır. Tətil nəticəsində Katmandu, Lalitpur və Bhaktapur şəhərlərində məktəblər bağlanıb, bizneslər və ictimai nəqliyyat öz işlərini dayandırıb. Qiyamçıların dediyinə görə bu tətil hökumətin onları təqibinə cavabdır. Xatırladaq ki, təkcə keçən həftə ərzində ən azı 70 adam zorakılıqların qurbanı olub. Maoistlərin Nepalda fəallığı baş nazir Şer Bahadur Deubanın yanvarın 13-ə təyin etdiyi sülh danışıqlarından öncə artıb. Nepal kommunistləri ölkədə konstitutsional monarxiya idarə üsulunu devrimək istəyirlər.

XS
SM
MD
LG