Accessibility links

Bu gün Amerika prezidenti mətbuat konfransı təşkil etdi - 2004-12-20


Prezident Buş 2004-cü ilin yekunları və prezidentliyinin ikinci müddəti qarşıda duran əsas vəzifələrə həsr olunmuş mətbuat konfransı keçirdi. Konfransın keçirilməsi Ağ Ev tərəfindən gözlənilmədən bu gün səhər elan edilmişdir. Cənab Buş daxili və siyasət məsələlərilə bağlı müxbirlərin suallarına cavab vermişdir. Prezident Buş dedi ki, konqresə gələn beş ildə büdcə defisitini azaltmaq kimi qarşısıya qoyulan məqsədin gerçəkləməsi üçün dolların sərf olunmasına ciddi nəzarəti təmin edən büdcə təqdim edəcək. Cənab Buş habelə qeyd etdi ki, dövrün tələbinə uyğun olaraq, sosial sığorta, vergi indeksi və mühacirət kimi sistemlərdə islahatların keçirilməsi lazımdır. Sosial sığorta sistemində islahatlarla bağlı sualın cavabında prezident Buş təfərrüatlara varmayaraq, detalların qanun layihəsi tərtib olunan zaman müzakirə ediləcəyini söylədi. O, sistemin dövrün tələbinə uyğunlaşdırılmasının çox mürəkkəb bir iş olduğunu etiraf etdi. Prezident Buş 2004-cü ildə sahibkarların 2 milyon iş yeri yaratdığın nəzərə alaraq iqtisadiyyatın möhkəm zəmində durduğunu qeyd etdi. Mətbuat konfransında xarici siyasət məsələlərində prioritetlərdən danışan prezident Buş zorakılıqlara baxmayaraq, İraqda seçkilərin təyin olunduğu kimi yanvarın 30-da keçiriləcəyini bəyan etdi. O dedi ki, terrorçular seçkilərin keçirilməsini və demokratik prosesi saxlamaq istəyirlər. Prezident Buşun qeyd etdiyi kimi, Amerika xalqı başa düşməlidir ki, yanvar seçkiləri İraqda demokratik prosesin başlanğıcıdır. Cənab Buş ABŞ hərbi personalının İraqda nə vaxta qədər qalacağı sualının cavabında bildirdi ki, bir nömrəli vəzifə işi mümkün olan ən tez zamanda bitirməkdən ibarətdir. Prezident dedi ki, İraqdakı hərbi komandirlər nikbin olsalar da, missiyanın başa çatacağı tarixi qabaqcadan göstərməmək üçün kifayət qədər müdrikdirlər. Prezident Buş tənqidlərlə qarşılaşmış Donald Ramsfildi dəstəkləyərək, onun ABŞ hərbi qüvvələrinin qayğısına qaldığını və orduda tələfatlardan dərin kədər hissi keçirdiyini demişdir. Rusiya ilə münasibətlərə toxunan Corc Buş prezident Vladimir Putinlə yaxşı münasibətlərin davam edəcəyini bəyan etdi və dedi ki, iki ölkə arasında əməkdaşlıq olduqca mühüm əhəmiyyət daşıyır. President Buş Şimali Koreya və İranla bağlı çoxtərəfli diplomatik səylərin davam etdiriləcəyini bəyan etdi. Bu iki ölkədə rejimin dəyişdirilməsi haqda sualın cavabında cənab Buş dedi ki, o, Şimali Koreyanın lideri Kim Yonq İli silah proqramlarını dayandırmasında əmin etmək üçü altı dövlətin iştirakı ilə danışıqları davam etdirmək niyyətindədir. İranla bağlı isə ABŞ prezidenti Tehran hökumətini əməkdaşlığa cəlb etmək üçün onun sölzərilə daha çox imkana malik digər ölkələrə bel bağladığını dedi. Cənab Buşun dediyi kimi, İraqda vəziyyət 13 il ərzində Səddam Hüseynlə beynəlxalq diplomatik səylərin bşa tutmdığına görə fərqli idi. Bu, ABŞ prezidentinin il ərzində keçirdiyi üçüncü rəsmi mətbuat konfransıdır. Digər ABŞ prezidentlərilə müqayisədə cənab Buş rəsmi mətbuat konfranslarını daha az keçirir və bir müxbirin iki sual verməsinə imkan vermir.

XS
SM
MD
LG