Accessibility links

Amerikalı yardım işçiləri: sunami qurbanlarına tibbi xidmət gərəkdir - 2005-01-06


Birləşmiş Ştatların Beynəlxalq İnkişafa Yardım Agentliyi verdiyi bəyanatda ötən həftənin sunami qurbanlarına göstərilən köməyin əsasən saf su, təmizlik və tibbi ləvazimat sahəsində veriləcəyini bildirmişdir. Amerikanın Səsinə verdiyi müsahibədə agentliyin sözçüsü söyləyib ki, tibb işçilərindən ibarət olan təcrübəli Amerikan ekipajı sunami qurbanlarını müalicə etmək üçün Banda Açeh vilayətinə yola düşüb. Vilyam Qarverlink həmçinin əlavə edib ki, Tay şəhəri Utapaoda qərargahlanmış Amerika xilasediciləri öz əməliyyatlarını BMT ilə koordinasiya edirlər. Cənab Qarverlinkin dediyinə görə hələ də regionda ruhi travmadan əziyyət çəkənlərə yardım üçün terapevtlərə ehtiyac var.

XS
SM
MD
LG