Accessibility links

Kaliforniyada ölənlərin sayı 15-ə qalxıb - 2005-01-12


Kaliforniyanın cənub bölgəsindəki palçıq sürüməsindn sonra xilasetmə əməliyyatları davam edir. Daha 3 uşağın cəsədinin aşkar edilməsi ilə 5 gün davam edən güclü yağışlar səbəbi ilə ölənlərin sayı 15-ə yüksəlib. Bu gün La Konçita şəhərində dağıntılar altından sağ qalanların axtarış əməliyyatı video kameralar və bellərlə davam etdiirilib. Bu şəhərdə 15 ev 9 metrlik palçıq layı altında qalıb. 12 nəfərin itkin düşdüyü bildirilir. Bu gün Kaliforniya qubernatoru Arnold Şvartznegerin təbii fəlakət yerlərinə gedəcəyi gözlənilir.

XS
SM
MD
LG