Accessibility links

Prezident Buşun 2006-cı illik büdcə planı xaricə yardımı artırmağı nəzərdə tutur - 2005-02-06


Prezident Buşun 2006-cı il üçün təqdim etdiyi büdcə planı xarci ölkələrə yardımın artırılmasını, daxili proqramlarıda isə ixtisarların aparılmasını nəzərdə tutur. Amerika xəbərlər agentliklərinin bildirdiyinə görə prezident xaricə verilən yardımı 20 milyard dollardan 22 milyarda, yəni 10 faiz artırmağı planlaşdırır. Bu yardımın böyük hissəsi AİDS azarına qarşı mübarizəyə və avtoritar rejimli dünya ölkələrində demokratik islahatların aparılmasına yönələn Millenium Çallence Account adlı proqrama ayrılıb. Qeyd edək ki, artıq 412 milyard dollara çatmış büdcə kəsiri ilə üzləşən cənab Buş maliyyə imkanları baxımdan təzyiqləri azaltmağa çalışır.

XS
SM
MD
LG