Accessibility links

ATƏT Azərbaycan məhkəmələrində islahatların vacibliyini tövsiyyə edir - 2005-02-21


Qeyri hökumət təşkilatları və müxalifətdə olan siyasi partiyalar ATƏT-in Bakı ofisi ilə birgə bu qurumun Azərbaycan məhkəmələrinin monitorinqinə dair hesabatını müzakirə edib. ATƏT-in Bakı ofisinin təmsilçisi Robin Sivord bildirib ki, hesabat son bir ildə ATƏT-in ekspertləirinin Azərbaycan məhkəmələrində apardığı monitorinqin nəticələrinə əsasən tərtib olunub və reallığı tam əks etdirir. «Biz hökumətin razılığı ilə həbsxanalara da baxış keçirmişik. Hesabatda ATƏT-in məhkəmə-hüquq sahəsində on bir istiqamətdə islahatlarla bağlı tövsiyələri var. Sənəd ətrafında hökumətlə səmərəli danışıqlar da aparılıb. Tövsiyələrin yerinə yetirilməsi ilə bağlı yerli və beynəlxalq ekspertlərdən ibarət qrupun yaradılması barədə razılığa gəlinib». ATƏT-in eksperti Müzəffər Baxışov Azərbaycan məhkəməlrindəki mövcud durumu biabırçılıq adlandırıb. Cənab Baxışov hesab edir ki, ölkədə məhəkəmə sahəsində beynəlxalq standartlara uyğun islahatlar aparılmasa demokratiyanın inikşafından danışmaq əbəsdir. Ekspertin fikrincə, hazırda islahat adı altında qanunlarda edilən dəyişikliklər heç də məhkəmələrin müstəqilliyinin artırılmasına xidmət etmir. Hüquq müdafiəçilərinin seçki məhbusları adlandırdığı insanların böyük əksəriyyəti 2003-cü il prezident seçkilərində Müsavat başqanı İsa Qəmbərin namizədliyini dəstəkləyənlərdir. O isə həbsdə olan silahdaşlarının sağlamlığından narahatdır. Cənab Qəmbərin buna əsası da var. Çünki bu günlərdə seçki məhbusu sayılan 20 yaşlı Alqayıt Məhərrəmov həbsxanada vəfat edib. İsa Qəmsbər həmçinin müxalifət partiyalarının mart ayında ölkədə demokratikləşmə ilə bağlı kütləvi tədbirlərə başlayacağını da bəyan edib. Onun sözlərinə görə, artıq postsоvet ölkələrində demokratikləşmə ilə bağlı yeni mərhələ başlayıb.

XS
SM
MD
LG