Accessibility links

AB-i Həririnin qətli ilı bağlı beynəlxalq istintaqa çağırır - 2005-02-21


Avropa Birliyi Livanın keçmiş baş naziri Rəfiq Həririnin sui-qəsdi ilə bağlı beynəlxalq istintaqa çağırıb. Cağırış birliyin xarici işlər nazirləri tərəfindən Brüssel yığıncağında edilib. Keçən bazar ertəsi Həririnin qətlə yetirilməsindən sonra vəziyyətin gərginləşdiyi Livanda müxalifət Suriyanı hücumun arxasında durduğunda ittiham edir. Həm Suriya, həm də Suriyaya arxalanan Livan hökuməti ittihamları rədd edir. Avropa Birliyinin nazirləri xarici müdaxiləyə yol verilmədən, Livanda qarşıdan gələn seçkiləri yaxından izləyəcəklərini bildiriblər.

XS
SM
MD
LG